CƏMİYYƏT


Narkotik satan mütəşəkkil dəstə saxlanılıb

Ağcabədi rayonunda narkotik vasitələr satan dəstə üzvlərində 2 kiloqramdan çox marixuana və odlu silah aşkarlanıb. Rayonun Avşar kənd sakinləri Babək Tapdıqov, Amil Tapdıqov, Xaliq Əliyev və Hacılar kənd sakini Yaşar Hüsüyevin mütəşəkkil dəstə təşkil edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Ağcabədi Rayon Polis Şöbəsinə məlumat daxil olub. Məlumatla əlaqədar həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Babək Tapdıqovun idarə etdiyi avtomobilə baxış keçirilən zaman 3 ədəd sellofan torbada və 52 ədəd kibrit qutusunda 2 kiloqrama yaxın, eləcə də siqaret qutusunda kazbeklərə doldurulmuş halda narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.