CƏMİYYƏT


"Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir

Martın 26-da səhər saatlarında paytaxtın Nizami rayonu ərazisindəki "Diqlas" ticarət mərkəzində baş verən yanğının söndürülməsi işləri davam etdirilir. AZƏRTAC xəbər verir ki, yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin 10-dan çox yanğınsöndürmə briqadası cəlb olunub. Binadan təxliyə işləri başa çatdırılıb.