CƏMİYYƏT


Məktəblilərin şimal bölgəsi ilə tanışlığının son ünvanı Xaçmaz olub

Biləsuvar, Cəlilabad, Masallı, Hacıqabul, Salyan, Şuşa, Zəngilan, Xocavənd və Cəbrayıl rayonlarını təmsil edən məktəblilərin ölkəmizin şimal bölgəsinə ekskursiyası martın 26-da başa çatıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, doqquz rayondan olan 300-dən çox şagird “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiya çərçivəsində Quba və Qusardan sonra Xaçmaz şəhərinin görməli yerləri ilə tanış olub.