CƏMİYYƏT


Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Parisdə beynəlxalq təşkilatların rəhbərləri ilə görüşüb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndə heyəti Fransada işgüzar səfərdədir. AZƏRTAC xəbər verir ki, agentliyin nümayəndə heyəti Avropa və Aralıq Dənizi Bitki Mühafizəsi Təşkilatının (EPPO) baş direktoru Nico Hornun və Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) baş direktoru Monik Eluanın rəhbərlik etdiyi nümayəndə heyətləri ilə görüşüb.