CƏMİYYƏT


Aprel döyüşləri Azərbaycan Ordusunun döyüş əzmini və qüdrətini bir daha nümayiş etdirdi

Aprelin 5-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında Aprel döyüşlərinin ildönümünə həsr olunmuş tədbir keçirilib. FHN-dən AZƏRTAC-a bildiriblər ki, Akademiyanın akt zalında keçirilən tədbir dövlət himninin oxunması ilə başlayıb. Sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda, o cümlədən Aprel döyüşlərində həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.