CƏMİYYƏT


Azərbaycan 350 milyon il əvvəl - Elmi faktlar

Azərbaycan ərazisində suda yaşayan canlılara aid ən qədim tapıntılar Naxçıvanda Arpaçayın ətrafında aşkarlanıb. Tapılan qalıqların yaşı 350-370 milyon il əvvələ gedib çıxır. Aparılan qazıntılar zamanı daha çox molyusklar və süngərlər tapılıb. Bunu AZƏRTAC-a açıqlamasında Milli Elmlər Akademiyasının Təbiət Tarixi Muzeyinin direktoru Tariyel Heybətov deyib. Onun sözlərinə görə, Arpaçay ətrafında pəncəüzgəcli balıqlar da aşkar edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır