CƏMİYYƏT


Su Polisi gəmidə çantanı itirən ərəb turistə köməklik edib

Aprelin 7-də, saat 21:25 radələrində DİN-in “102” Zəng Mərkəzinə müraciət edən Birləşmiş Ərəb Əmirliyinin vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib. Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımı ləvazimatlarının olduğunu deyib. Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının səyi nəticəsində turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb.