CƏMİYYƏT


Ağcabədi rayonunda qanunsuz silah-sursat saxlayan iki şəxs saxlanılıb

Daxil olmuş məlumat əsasında Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xocavənd rayon sakini Sədi Nəzərovdan “Toz-8” markalı odlu silah və 59 ədəd patron aşkar edilərək götürülüb. Ağcabədi RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat-axtarış tədbiri nəticəsində qanunsuz silah-sursat saxlamaqda şübhəli bilinən Avşar kənd sakini İlqar İsmayılov da saxlanılıb.