CƏMİYYƏT


Məktəblilərə yol hərəkəti qaydaları barədə məlumatlar verilib

Binəqədi Rayon Dövlət Yol Polisi Şöbəsinin təşkilatçılığı ilə 246 nömrəli orta məktəbdə şagirdlərin iştirakı ilə yol hərəkəti qaydalarının təbliğatına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri açan məktəbin direktoru Almaz Bayramova orta məktəblərdə yol hərəkəti qaydalarının təbliğinin uşaqların mövzu ilə bağlı bilik və bacarıqlarının formalaşmasına müsbət təsir göstərdiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır