CƏMİYYƏT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin aprel ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov aprelin 19-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində vətəndaşlarla görüşüb.