CƏMİYYƏT


Bakıda “ərəb” ləqəbli narkotacir saxlanılıb

Bakı şəhər sakini əvvələr dəfələrlə məhkum olunan Telman Mirzəyev polislər tərəfindən saxlanılıb. Onun əlində olan bağlamaya baxış keçirilən zaman narkotik vasitələr olan 1 kiloqram 2 qram heroin, 6 kiloqram 520 qram marixuana və 50,315 qram tiryək aşkar olunaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitəni şəxsiyyəti istintaqa məlum olmayan İran vətəndaşından satmaq niyyəti ilə əldə edib.