Siyəzəndə mağazalardan oğurluq edən şəxs saxlanılıb
20.04.2019 [15:09]
Xəbərin mətni
Siyəzən rayonu ərazisində mağazalardan oğurluq edərək vətəndaşlara, ümumilikdə, 2 min 800 manat ziyan vuran şəxs saxlanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqları törədən şəxsin şəhər sakini Nəzərov Mayis Əlif oğlu olduğu müəyyənləşib.