CƏMİYYƏT


Su Polisi intihar etmək istəyən şəxsin həyatını xilas edib

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün Bakı Dəniz Vağzalında bir nəfər naməlum şəxsin özünü şübhəli aparması və qeyri-adekvat hərəkətləri ərazidə xidmətdə olan su polislərinin diqqətini cəlb edib. Həmin şəxs intihar etmək məqsədilə özünü dənizə atmaq istəyən zaman onun bu cəhdinin qarşısı alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır