CƏMİYYƏT


Yasamal rayonunda qadınların çantalarını soyğunçuluq yolu ilə ələ keçirən şəxs saxlanılıb

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə müraciət edən zərərçəkən Fazilə Zeynalova içərisində 120 manat pul və mobil telefon olan çantasının naməlum şəxs tərəfindən soyğunçuluq yolu ilə ələ keçirildiyini bildirib.Cinayəti törətməkdə şübhəli bilinən şəxs, əvvəllər iki dəfə məhkum olunmuş Göygöl rayon sakini Arif Əliyev şöbə əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbiri nəticəsində saxlanılıb. Araşdırma zamanı onun Yasamal rayonu ərazisində Validə Vəliyevaya qarşı da soyğunçuluq edərək içərisində 200 manat olan əl çantasını aldığı məlum olub.