CƏMİYYƏT


Akademik Zərifə Əliyevanın anadan olmasının 96 illiyi ilə bağlı Ukraynada anım tədbiri keçirilib

Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə səfirliyin diplomatları, İrpen şəhər meriyasının rəsmiləri, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbərliyi, Zərifə Əliyeva adına 12 saylı orta məktəbin kollektivi, gənclər və media təmsilçiləri iştirak ediblər.