Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zərdabda 1 kiloqram 230 qram marixuananı satmaq istəyən şəxs saxlanılıb

29.04.2019 [13:47]

Xəbərin mətni

Aprelin 26-da Zərdab Rayon Polis Şöbəsinə Bakı şəhərində doğulan, hazırda Abşeron rayonu Hökməli qəsəbəsində qeydiyyatda olan 1974-cü il təvəllüdlü Kamil Rəsulovun Zərdab rayonu ərazisində narkotik vasitə satması barədə məlumat daxil olub.

AZƏRTAC-ın bölgə müxbiri rayon polis şöbəsinə istinadla xəbər verir ki, şöbənin cinayət axtarış bölməsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat tədbirləri nəticəsində Kamil Rəsulov Zərdab rayonu ərazisində şübhəli şəxs qismində saxlanılıb.