CƏMİYYƏT


Mayın 1-dən avtomobillərdə pərdə və jalüzlərdən istifadəyə icazə veriləcək

Mayın 1-dən yay fəsli ilə əlaqədar avtomobillərin arxa sağ-sol qapı şüşələrinə pərdə və jalüzlərdən istifadəyə icazə veriləcək. Standartların tələblərinə uyğun olmayan rəngli, güzgü, buqələmun tipli şüşələrin avtomobillərə quraşdırılaraq idarə edilməsi inzibati məsuliyyət yaradır.  Tələbləri pozan sürücülər 150 manat məbləğində cərimə olunacaqlar. Pərdə və jalüzlərdən istifadə 15 noyabr tarixinə qədər qüvvədə olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır