CƏMİYYƏT


Azərbaycanda ilk dəfə Autizm Festivalı keçirilib

Azərbaycanda autizmli uşaqlara diqqət çəkmək məqsədi ilə ilk dəfə Autizm Festivalı keçirilib. Festival Autist Uşaqların Realibitasiyasına Kömək İctimai Birliyinin təşəbbüsü, Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondunun dəstəyi ilə baş tutub. Fəvvarələr meydanında qurulan müxtəlif stendlərdə maarifləndirici materiallar, autizmli uşaqların əl işləridən ibarət sərgilər, müxtəlif əyləncəli oyunlar təşkil olunub.