CƏMİYYƏT


“Bakı Marafonu-2019” ilə əlaqədar Bakının bir-sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Mayın 5-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilcək “Bakı Marafonu-2019” ilə əlaqədar saat 10:00-dan 15:00-dək Bakının bir-sıra yollarında hərəkət məhdudlaşdırılacaq.  Bakı şəhər BPİ DYPİ-dən verilən məlumata görə, Dövlət Bayrağı Meydanından Bakı Olimpiya Stadionuna qədər 21 kilometrlik məsafəni əhatə edən yollarda avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq.  Avtomobil sahibləri və sürücülərdən şəxsi avtomobillərdən az istifadə etmələri, alternativ yollarla hərəkət etmələri tövsiyə edilir.