CƏMİYYƏT


Qubada evə basqın edərək külli miqdarda pul və mobil telefon oğurlayan dəstə üzvləri saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Quba rayonunun Birinci Nügədi kənd sakini Hamlet İbrahimov Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək aprelin 1-i gecə saatlarında bir qrup maskalı şəxsin soyuq silahlarla silahlanaraq onun yaşadığı evə daxil olmaları barədə məlumat verib. H.İbrahimov bildirib ki, həmin şəxslər əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq ona müxtəlif bədən xəsarətləri yetirib, evdən külli miqdarda pul və mobil telefon oğurlayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır