CƏMİYYƏT


Zabrat stansiyasının ərazisindən mis tərkibli naqillərin oğurlanmasının qarşısı polislər tərəfindən alınıb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin ərazidə olan əməkdaşları naqilləri kəsərək oğurlamağa cəhd göstərən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar Ələsgər Novruzovu və Famil Qədirovu saxlayıblar. Onların üzərinə baxış keçirilən zaman naqilləri kəsmək üçün istifadə etdikləri alətlər də maddi sübut kimi aşkarlanaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır