CƏMİYYƏT


Paytaxt sakininin avtomobilindən dəyəri 3500 manat olan geyimləri oğurlanıb

Binəqədi rayonu ərazisində yerləşən restoranlardan birinin həyətində paytaxt sakini Ruslan Həsənova məxsus avtomobilin şüşəsi sındırılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, zərərçəkən polislə müraciət edərək hadisə zamanı maşından ümumi dəyəri 3500 manat olan 4 ədəd gödəkcəsinin oğurlandığını bildirib.