CƏMİYYƏT


Ağsu, İsmayıllı və Şamaxı rayonlarındakı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı hesabat brifinqi keçirilib

Bu il fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair üç aylıq hesabat brifinqi keçirilib.

AZƏRTAC xəbər verir ki, İsmayıllıda təşkil olunan brifinqdə hər üç rayonun icra hakimiyyətlərinin başçıları təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə məlumat veriblər. Brifinqdə Fövqəladə Hallar Nazirliyinin və “Regional İnkişaf” İctimai Birliyinin nümayəndələri də iştirak ediblər.