CƏMİYYƏT


Üzərində tapança gəzdirən İmişli sakini saxlanılıb

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə İmişli sakini Rafiq Əhmədovun üzərində qanunsuz olaraq odu silah gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub. Həmin şəxs Abşeron rayonu ərazisində polislər tərəfindən saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd “Zəfər” markalı tapança, 1 ədəd sandıqça və 10 ədəd patron aşkar olunaraq götürülüb. Rafiq Əhmədov ifadəsində tapançanı tanışı Samir adlı şəxsdən aldığını bildirib.