CƏMİYYƏT


Mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayan paytaxt sakini saxlanılıb

Xətai Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində əvvəllər məhkum olunmuş paytaxt sakini Emin Cabbarov saxlanılıb. O, ifadəsində Xətaidə 4, Yasamal rayonunda isə 1 mənzildən oğurluq etdiyini bildirib. Emin Cabbarov əsasən günorta saatlarında ev sahiblərinin işdə olduğu saatlarda mənzillərdən pul və qızıl-zinət əşyaları oğurlayıb.