CƏMİYYƏT


Ukraynanın Nikolayev şəhərində İkinci Dünya müharibəsində döyüşmüş azərbaycanlıların xatirəsi anılıb

Böyük Vətən müharibəsində Ukraynanın alman faşizmindən azad olunmasında qəhrəmanlıq göstərmiş Azərbaycan oğul və qızlarının xatirəsi Nikolayev vilayətinin Bessarabka kəndində ucaldılmış 416-cı Taqanroq Azərbaycan diviziyasının abidə-kompleksinin önünə tər çiçəklər qoyulmaqla yad olunub. Ukraynanın alman faşizmindən azad olunmasında rəşadətli döyüş yolu keçmiş 416-cı Azərbaycan Taqanroq diviziyası həlledici rol oynayıb.