CƏMİYYƏT


Yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslərə qarşı tədbir keçirilib

Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması məqsədilə tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbir zamanı Heydər Əliyev prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub.