CƏMİYYƏT


Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Ulu Öndərin anadan olmasının 96-cı ildönümü qeyd edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən "Heydər Əliyevin müasir yol infrastrukturuna qayğı və töhvələri" adlı tədbir keçirilib. Agentlikdən AZƏRTAC-a bildirilib ki, qurumun rəhbərliyi və kollektivi ulu öndər Heydər Əliyevin AAYDA-nın binasındakı büstü önünə gül dəstələri qoyaraq, xatirəsini yad ediblər.