CƏMİYYƏT


Niderlandın azərbaycanlı Milli Qəhrəmanının qızı ata ocağını ziyarət etmək üçün Zaqatalaya gəlib

İkinci Dünya müharibəsinin iştirakçısı, partizan, Hollandiya Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri, Niderlandın azərbaycanlı Milli Qəhrəmanı Məmməd Məmmədovun hazırda bu ölkədə yaşayan qızı Nansi (Nənəxanım) Məmmədova ata-baba ocağını ziyarət etmək üçün ailə üzvləri ilə birlikdə Zaqatala rayonuna gəlib.