CƏMİYYƏT


Ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü Fövqəladə Hallar Nazirliyində qeyd edilib

Mayın 10-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında Azərbaycan xalqının ümummilli lideri, dahi öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən tədbir keçirilib. Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov tədbirdə çıxış edərək müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adının xalqımızın tarixinə qızıl hərflərlə yazıldığını diqqətə çatdıraraq, Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrün dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu deyib.