Travmatoloqlar və ortopedlər Bakıda qurultaya toplaşdılar
11.05.2019 [14:37]
Xəbərin mətni
AZƏRTAC xəbər verir ki, tədbirdə Gəncə, Sumqayıt, Naxçıvan və ölkənin digər bölgələrindən təqribən 300 travmatoloq və ortoped, habelə Rusiya, Türkiyə və İsraildən dəvət olunmuş mütəxəssislər iştirak ediblər.
Səhiyyə nazirinin müavini Rəhim Əliyev çıxış edərək bildirib ki, son vaxtlar səhiyyə sisteminin idarə edilməsinin təkmilləşdirilməsinə, tibbi müəssisələrin maddi-texniki bazasının genişləndirilməsinə, yeni tibbi texnologiyaların tətbiqinə yönəlmiş tədbirlər həyata keçirilir. Tibbi kadrların, o cümlədən travmatologiya və ortopediya üzrə mütəxəssislərin hazırlanması sahəsində ciddi uğurların qazanılması vurğulanıb.