CƏMİYYƏT


Beş dəqiqə yağan dolu Xaçmazda bağları pis vəziyyətə salıb - Görüntülər

Mayın 13-ü günorta saatlarında yağan şiddətli dolu Xaçmaz rayonunda bir sıra fəsadlar törədib. Dolu rayonun 90-a yaxın yaşayış məntəqəsinə düşüb. Günorta saatlarında 5 dəqiqə ərzində yağan dolunun ölçüsü 5 millimetrdən 20 millimetrə qədər olub. İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdən bildirilib ki, dolu gilas bağlarına, taxıl sahələrinə, çiyələk, kartof, lobya və pomidor təsərrüfatlarına daha çox ziyan vurub.