CƏMİYYƏT


Bakıda yeniyetmələrə siqaret satan bir neçə köşk aşkarlanıb

Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir.

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan bir neçə köşk aşkar edilib. Belə ki, Atatürk prospektində fəaliyyət göstərən köşkün satıcısının məktəbliyə tütün məmulatı satması polislər tərəfindən müəyyən olunub. Tədbir zamanı Nərimanov rayonu Həsən Əliyev və Azadlıq prospektinin kəsişməsində yerləşən köşkdə də yetkinlik yaşına çatmayanlara tütün məmulatları satıldığı aşkar edilib.