CƏMİYYƏT


Ağsu sakini hədə-qorxu ilə tələb etdiyi pulu alarkən yaxalandı

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini N.Eynullayevə hədə-qorxu gələrək ondan pul tələb edən şəxs saxlanılıb. Zərərçəkən ifadəsində Sərhad adlı şəxsin ondan 1200 manat isdədiyini verməyəcəyi təqdirdə isə onunla bərabər yaxın qohumlarına da zor tətbiq edəcəyini qeyd edib. Baş İdarə əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində əvvəllər Rusiya Federasiyasında məhkum olunan Ağsu rayon sakini Sərhad Əliyev zərərçəkəndən hədə-qorxu ilə qeyd edilən məbləğdə pulu almaq istəyən zaman saxlanılıb. Onun üzərinə baxış zamanı bir ədəd bıçaq aşkar edilərək götürülüb. S.Əliyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.