CƏMİYYƏT


DOST mərkəzində hansı xidmətlər göstərilir REPORTAJ

Fərid Məmmədov, DOST Agentliyinin idarə heyətinin sədri

 “1 saylı DOST mərkəzi Bakının Yasamal və Səbail rayonunda qeydiyyatda olan vətəndaşlara xidmətlər göstərir. İlk DOST mərkəzinin vətəndaşlara xidmət göstərmə potensialı gündəlik 350 nəfərə qədərdir. Bizim son göstəricilərimiz isə 400 nəfərdən artıqdır.  Biz potensialımızı da üstələmişik. Bu o deməkdir ki, DOST vətəndaşlara xidmət göstərməkdə önə çıxır. Artıq vətəndaşlar DOST haqqında müəyyən məlumatlara malikdir.

 Seymur Alıyev, 1 saylı DOST mərkəzinin direktoru

 “Hazırda müraciətlərin əksəriyyəti Prezident fərmanı ilə əlaqədardır. Cənab Prezidentin imzaladığı fərmana əsasən, Prezident təqaüdləri verilir. Gün ərzində demək olar ki, bu sahə üzrə 150-200 nəfər müraciət edir. İkinci yerdə pensiya ilə bağlı müraciətlər dayanır. Vətəndaşlar pensiyaların təyin olunması, o cümlədən yenidən hesablanması ilə bağlı məlumat alırlar. Bütün sahələr üzrə arayışların verilməsi ilə bağlı isə gün ərzində təxminən 40-50 müraciət daxil olur”.

 Ədalət Səfərov, vətəndaş

 “Veteranlıqla bağlı müraciət etmişəm. Ehtiyatda olan zabit olduğum üçün veteran vəsiqəsi vermişdilər. Bütün sənədləri mənə təqdim etdilər. Hər şey qaydasındadır. Xidmətdən razı qaldım”.

 Dilşad Əliyeva, vətəndaş

 “Pensiyaçıyam, arayış almağa gəlmişəm. Xidmətdən çox razı qaldım. İki-üç dəqiqə vaxtım getdi. Çox gözəl xidmət var”.

 Fərid Məmmədov, DOST Agentliyinin idarə heyətinin sədri

“İlin sonuna qədər əlavə 3 DOST mərkəzinin açılışı gözlənilir. Bu mərkəzlər Bakının Nizami, Xəzər və Binəqədi rayonlarında yerləşəcək. Növbəti ildən bizim regionlara çıxmaq planlarımız var. Sumqayıt, Gəncə, Xırdalanda, həmçinin Sabirabad və Bərdədə DOST mərkəzlərini təşkil edəcəyik. Yaxın 5-6 il ərzində biz 31 DOST mərkəzi təşkil edəcəyik”.