CƏMİYYƏT


Məktəblilər yol polisinin xidməti vəzifələri ilə əyani tanış olub

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin təşəbbüsü ilə Yol Patrul Xidməti Alayının 1-ci tağımının Saray qəsəbəsində yerləşən stasionar postuna Abşeron rayon məktəblilərinin ekskursiyası təşkil edilib. Ekskursiyada, Xırdalan şəhər 1, 2, 4, 5, 7 və 9 nömrəli tam orta məktəblərin yüksək təhsil və intizam göstəriciləri ilə fərqlənən bir qrup şagirdi və onları müşayiət edən təhsil işçiləri iştirak ediblər. Stasionar postda məktəbliləri qarşılayan tağım komandiri polis mayoru Ürfət Şükürov şagirdlərə yol-patrul xidməti inspektorlarının xidməti fəaliyyəti barədə məlumatlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır