CƏMİYYƏT


UEFA finalı ilə bağlı Bakı metrosu gecə saat 4-ə qədər işləyəcək

UEFA Avropa liqasının final qarşılaşması ilə əlaqədar Bakı metrosu gecə saat 4-ə qədər işləyəcək.  Bakı Olimpiya Stadionunda keçiriləcək İngiltərənin “Arsenal” və “Çelsi” komandaları arasındakı final matçı ilə bağlı metroda bütün təhlükəsizlik tədbirləri görülüb. 

"Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi Etibar İsayev bildirir ki, metro əməkdaşları mayın 29-u və 30-na keçən gecə gücləndirilmiş iş rejimində çalışacaqlar

 Etibar İsayev, "Bakı Metropoliteni" QSC-nin Hərəkət xidmətinin rəisi

 “Əlavə canlı qüvvə cəlb olunacaq, fasiləsiz növbətçiliklər təşkil olunacaq, əlavə ehtiyat qatarlar hazır vəziyyətə gətiriləcək. Oyunun keçiriləcəyi gecə metroda qatarların hərəkəti maksimum həddə olacaq. “28 May” – “Həzi Aslanov” stansiyası arası qatarlarda interval 2 dəqiqə olacaq. Bütün stansiyalar, idarəetmə sistemləri yoxlanılıb. Əsas idarəetmə sistemi tam işlək vəziyyətdə olur daima, ehtiyat idaretmə sistemləri də hazır vəziyyətə gətirilib və növbətçilik təşkil olunub. Əlavə qəza idarəetmə sistemləri də hazır vəziyyətdədir”.

Həmçinin sərnişinlərə, əsasən də xarici qonaqlara lazımi xidmət göstərmək üçün metropoliten də könüllülərin xidmətindən istifadə edəcək. 30 könüllü mayın 30-na qədər İçərişəhər”, “Sahil”, “Nizami”, “28 May”, “Gənclik”, “Nərimanov”, “Koroğlu” stansiyalarında ikinövbəli iş rejimində əcnəbilərə bələdçilik edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır