CƏMİYYƏT


Su Polisi bulvarda qanunsuz balıq ovlayan şəxsi yaxaladı

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları dənizkənarı Bulvarda torla qanunsuz balıq ovlayan şəxsi saxlayıb. Tədbir nəticəsində Mirmehdi Mansurov dənizə tor atmaq istəyən zaman polislər tərəfində tutulub. Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları bu cür balıq tutmağın qanunsuz olduğunu, həmçinin  may-sentyabr ayları arasında balıq ovunun qanunvericiliklə qadağan olduğunu vətəndaşın diqqətinə çatdırıblar.