CƏMİYYƏT


Sabah bəzi avtobusların hərəkət istiqaməti müvəqqəti dəyişdiriləcək

Mayın 29-da paytaxtda bir neçə müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət istiqaməti və son dayanacaq məntəqəsi müvəqqəti dəyişdiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilir ki, mayın 29-da 44, 30, 49, 33, 52, 96, 106, 113, 191 və 213 saylı marşrutla hərəkət edən avrobusların son dayanacaq məntəqəsində, həmçinin 1, 65, 79, 2, 14, 7A, 11, 12, 15, 36, 62 və 70 saylı marşrutların isə hərəkət istiqamətində dəyişiklik ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır