CƏMİYYƏT


Bayram ərəfəsində dəmir yolunda gücləndirilmiş iş rejimi tətbiq olunacaq

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları departamentinin kollektivi Ramazan bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışır.

QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, departamentin kollektivi sərnişin qatarlarında xidmət mədəniyyətinin yüksəldilməsi üçün bütün qüvvələri səfərbər edib. Sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün tələbata uyğun olaraq əlavə vaqonların qoşulması təmin edilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır