CƏMİYYƏT


Xaçmazda işaxtaranlara 523 vakant iş yeri təqdim olunub

Mayın 31-də Xaçmaz şəhərində keçirilən əmək yarmarkasında 79 nəfərə öz istəyinə və ixtisasına uyğun işə göndəriş verilib.

AZƏRTAC-ın bölgə müxbri xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin təşkilatçılığı ilə keçirilən növbəti əmək yarmarkasına rayonda fəaliyyət göstərən 30-dan çox idarə, müəssisə və təşkilatdan 523 vakant iş yeri çıxarılıb.