CƏMİYYƏT


Heyvan kəsimi necə aparılmalıdır? AQTA videoçarx yaydı

AQTA qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri çərçivəsində yeni video-çarx hazırlayıb. Təqdim olunan yeni videoçarx qanunvericilik çərçivəsində heyvan kəsiminin necə həyata keçirilməsi ilə bağlıdır. Çarxda heyvan kəsimi fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin heyvanın saxlanması, daşınması və kəsimi zamanı mövcud baytarlıq-sanitariya və sanitar-gigiyena tələblərinə riayət etmələrinin vacibliyi öz əksini tapıb. Videoçarxda kəsim məntəqəsinə gətirilən heyvanın mütləq baytar müayinəsindən keçməli olduğu vurğulanır.