CƏMİYYƏT


Bakı polisi irlandiyalı turistin itən əşyalarını tapdı

Əl çantasını taksidə unudan turistin şəxsi əşyaları qısa müddət ərzində tapılaraq ona təhvil verilib.

İrlandiyalı Filip Horan “Arsenal” və “Çelsi” komandalarının oyununu izləmək üçün Bakıya gəlib.  O, gecə saatlarında Nəsimi rayonu, Xətai prospektində qaldığı otelə gələrkən içərisində “Nikon” fotoaparatı, “İphone” qol saatı və “İphone-X” model mobil telefonu olan əl çantasının üzərində olmadığını aşkar edib.

Filip Horan, irlandiyalı turist

“Nərimanov RPİ 18-ci PŞ-yə ərizə ilə müraciət etdim. Taksinin dövlət qeydiyyat nişanını unutmuşdum. Buna baxmayaraq polis əməkdaşları qısa müddətdə əşyalarımı taparaq mənə təhvil verdilər. Bu gün vətənimə sevinclə qayıdıram, Azərbaycan polisinin fədakarlığını  haqqında bütün dostlarıma danışacam. Ümumiyyətlə UEFA Avropa Liqasının final oyununda da  təhlükəsizlik ən yüksək səviyyədə təmin olunmuşdu”.

 

Qeyd edək ki, Nərimanov rayon Polis İdarəsi və 18-ci Polis Şöbəsinin birgə keçirdiyi müvafiq tədbirlərlə turistin getdiyi bütün ünvanlar araşdırılaraq, itən əşyaların taksidə qaldığı müəyyən olunub. Taksi sürücüsündən həmin əşyalar təhvil alınaraq sahibinə qaytarılması təmin olunub.