CƏMİYYƏT


Los-Ancelesdə müxtəlif dini icmaların iştirakı ilə iftar mərasimi təşkil edilib

ABŞ-ın Los-Anceles şəhərində Azərbaycanın və Türkiyənin Baş konsulluqlarının birgə təşkilatçılığı ilə iftar mərasimi keçirilib. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan AZƏRTAC-a bildiriblər ki, mərasimdə ABŞ Dövlət Departamentinin rəsmiləri, müxtəlif ölkələrin diplomatları, müsəlman, xristian, yəhudi, bəhai, zərdüşt və digər dini icmaların rəhbərləri, həmçinin Azərbaycan, türk, yəhudi, Pakistan, İran və digər icmaların nümayəndələri, jurnalistlər daxil olmaqla, 170-ə yaxın qonaq iştirak edib.