CƏMİYYƏT


Sabunçuda 921 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Daxil olmuş məlumat əsasında Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Maştağa qəsəbə sakini Əhməd Quliyev saxlanılıb. Ona məxsus bağ evinin həyətindəki ümumi sahəsi 880 kvadratmetr olan 2 ədəd istixanaya baxış keçirilən zaman kultivasiya yolu ilə yetişdirilən çəkisi 921 kiloqram olan 4021 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır