CƏMİYYƏT


Oruc tutanlar mütləq ən azı 5-10 manat arasında fitrə zəkatı verməlidir

Ramazan bayramının ən önəmli atributlarından biri şübhəsiz ki, bayram namazıdır. Azərbaycan İlahiyyat İnstitutunnun elm və innovasiyalar üzrə prorektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov deyir ki, müsəlmanlar məscidlərə gedərək bayram namazı qılacaqlar. Ən önəmlisi isə fitrə zəkatı veriləcək. Firə zəkatı Ramazanın sonuncu axşamında ayrılır və Ramazan bayramı namazına qədər verilməsi tövsiyyə olunur.  İmkanlı, ağlı başında olan, yetkinlik yaşına çatmış insanlara fitrə zəkatı vermək vacibdir. Bu il Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurasının fətvasına əsasən fitrə zəkatı 5-10 manat arasında müəyyənləşdirilib.