CƏMİYYƏT


Məktəblilər bitkilərin mikroklonal çoxaltma üsulu ilə yetişdirilməsi prosesini izləyiblər

Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunda məktəblilərə müxtəlif bitkilərin mikroklonal çoxaltma üsulu tətbiq edilməklə yetişdirilməsi prosesi izah olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yuxarı sinif şagirdləri institutun biotexnologiya laboratoriyasındakı iqlim otağında mütəxəssislərin fəaliyyəti ilə yaxından tanış olublar.

İnstitutla tanışlıq məktəblilərin aqrar sahəyə marağının artırılması, bu istiqamətdə tətbiq olunan yeniliklərdən xəbərdar olması məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır