CƏMİYYƏT


Baş Dövlət Yol Polisi İdarəsi Ramazan bayramı ilə əlaqədar sürücülərə müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti iştirakçılarını müqəddəs Ramazan bayramı münasibətilə təbrik edir və səfərə çıxan sürücülərə aşağıdakı qaydalara riayət etmələrini tövsiyə edir.

İdarədən AZƏRTAC-a bildiriblər ki, ilk növbədə, sürücülər səfərə çıxmazdan əvvəl nəqliyyat vasitələrinin sazlığına xüsusi diqqət yetirməlidirlər. Təhlükəsizlik kəmərini təkcə özləri deyil, sərnişinlərin də bağlaması mütləqdir. Unutmayaq ki, hərəkət zamanı sürət rejiminə, ötmə və manevretmə qaydalarına ciddi əməl etmək təhlükəsizliyimiz üçün vacib şərtdir.