CƏMİYYƏT


“Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri” mövzusunda forum keçirilir

İyunun 4-də Bakıda Ədliyyə Nazirliyinin və Dünya Bankının təşkilatçılığı ilə “Keçmişə və gələcəyə baxış: Azərbaycanda ədliyyə sektorunun nailiyyətləri” mövzusunda birgə forum işə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir ədliyyə sektorunda islahatların icrası zamanı qazanılan uğurların geniş auditoriyaya çatdırılmasına, Dünya Bankının Azərbaycanla əməkdaşlığının müsbət nəticələrinin dayanıqlılığını təmin edəcək gələcək çağırışlara və növbəti addımlara dair fikir mübadiləsinin aparılmasına həsr olunub.