CƏMİYYƏT


55 min manata narkotik satmaq istəyənlər saxlanıldı

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhərində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan daha bir şəbəkənin üzvləri ifşa ediliblər. Baş İdarə əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat zamanı Şəki şəhər sakini əvvəllər məhkum olunmuş Samir Babayev və Lənkəran şəhər sakini Vüqar Mirişov 1 kiloqram 310 qram yüksək psixotrop təsirə malik narkotik vasitə olan metamfetamin və 10,188 qram heroini 55000 manata satmaq istəyən zaman saxlanılıblar.